İki Diabetli, Bir Söhbət

Bəzən eyni xəstəliklə yaşamaq iki insan üçün tamamilə fərqli təcrübə demək olur.

Diabet gündəlik həyatı necə dəyişir?
Diabetlə hamiləlik necə bir təcrübədir?
İllər keçdikcə diabetlə yaşamaq çətinləşirmi?

Bu dəfə “Şəkərsiz Söhbətlər” də  iki diabetlə yaşayan insan bir araya gəlir:

Aytən Paşayeva: 30 ildən çoxdur ki, diabetlə yaşayan biridir. 

Könül Axundzadə: 20 ildən çoxdur ki, diabetlə yaşayan biridir.

Aytən və Könül xanım öz həyat təcrübələrini səmimi şəkildə bölüşürlər.

Bu söhbətdə gündəlik həyat, qarşılaşılan çətinliklər, hamiləlik təcrübəsi və diabetlə yaşamağın görünməyən tərəfləri haqqında danışılır.

Çünki bəzən ən dəyərli məlumat kitabdan deyil, eyni yolu keçmiş insanların təcrübəsindən gəlir.

Podkastın tam versiyasını və daha ətraflı hissələri vebsaytımızdakı linkə keçid edərək izləyə bilərsiniz.